SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ATV-nin saytı ilə bağlı bir müddətdir davam edən qeyri-müəyyənlik başa çatıb.

Belə ki, yanvarın əvvəlindən yenilənməsi adı ilə fəaliyyəti dayandırılan ATV.az saytının taleyinə aydınlıq gətirilib. Deyilənə görə, bu gün işçilərə saytın həmişəlik dayandırıldığı haqında məlumat verilib.  
 
ATV.az saytının baş redaktoru Vüqar Vüqarlı isə BAKU.WS-ə məlumatı təkzib edib. O deyib ki, hazırda xaricdədir. Sayt isə yeniləndiyinə görə müvəqqəti olaraq dayandırılıb. Saytın əməkdaşları isə məlumatı təsdiq ediblər. Onların sözlərinə görə, bu gün səhər iclasda saytın fəaliyyətinin həmişəlik dayandırıldığı və bütün əməkdaşların işdən azad olunması barədə məlumat verilib. Qeyd edək ki, ATV.az saytında 9 nəfər çalışırdı.
 
BAKU.WS