SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış jurnalist Eynulla Fətullayev Haqqin.az saytının baş redaktoru vəzifəsindən istefa verib. 


BAKU.WS
-in məlumatına görə, bu barədə onun özü redaksiya heyətinin dekabrn 22-də keçirilmiş iclasında açıqlama verib. E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından o bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq.


Haqqın.az saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E.Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə - Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib.

İclasda o da məlum olub ki, E.Fatullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək.

"Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq” -deyə, E.Fətullayev bildirib.

Ziya Babayev
BAKU.WS