SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış jurnalist, haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb.


BAKU.WS
-in haqqın.az saytına istinadən verdiyi məlumata görə, E.Fətullayevin rəhbərlik etdiyi çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.


E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.


Ziya Səccad

BAKU.WS