SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində parklanma qaydasını pozan sürücülərə avtomobili ilə 1 həftə əraziyə girmək məhdudlaşdırılır.

BAKU.WS-in məlumatına görə, qanunun icrası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.

Belə ki, son 1 ildə parklanma qaydasını ilk dəfə pozan sürücülərin avtomobili ilə əraziyə girişinə 1 həftəlik, 2-ci dəfə 1 aylıq qadağa qoyulur. Əgər sözügedən hal üçüncü dəfə təkrarlanarsa sürücü əraziyə 1 il müddətində avtomobili ilə girə bilməz. 

Onu da qeyd edək ki, müvafiq qayda pozuntusu ilə bağlı pul cəzası tətbiq olunmur. 

Xatırladaq ki, Əli Əsədovun qərarına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib. Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.

BAKU.WS