SİZİN REKLAM BURADA!
055 213 76 73


Zabrat şosesi istiqamətində yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qurumun əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.

Piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün işıqforun yaşıl işığının müddəti 10 saniyə artırılıb.

Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş işıqofor quraşdırılıb.

BAKU.WS