Market səbətlərində uşaqları əyləşdirmək TƏHLÜKƏLİDİR - VİDEO

Market səbətlərində uşaqları əyləşdirmək TƏHLÜKƏLİDİR - VİDEO
Video
Sosial 1

Marketlərdə uşaqların səbətlərə əyləşdirilməsi halına tez-tez rast gəlirik. Valideynlər bilərəkdən və ya bilməyərəkdən uşaqlarını səbətlərə əyləşdirməklə əslində onları böyük bir təhlükəyə atırlar.

Bu hal ilk növbədə gigiyena normalarının pozulmasını göstərir.

Həkimlərin fikrincə, gündəlik müxtəlif insanların istifadə etdiyi səbətlərə uşaqların təmas etməsi müxtəlif xəstəliklərin yaranması riskini ortaya qoyur.

Virus xəstəliklərin kontakt yolu ilə yayılmasını nəzərə alsaq uşaqların səbətlərlə təmasının nə qədər təhlükəli olduğu üzə çıxır.

Son xəbərlər