VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarına ABŞ-nin Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən xüsusi təyinatlı nəqliyyat vasitələri verilib.

FHN-dən verilən məlumata görə, texnikaların təqdimatı ilə bağlı keçirilən görüşdə nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev və digər məsul şəxslər, Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əlaqələndiricisi Günay Bayramova iştirak edib.

ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına iki ədəd “Ford F-250” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi, dekontaminasiya avadanlıqları və həmin avadanlıqları daşımaq üçün nəzərdə tutulmuş qoşqular verilib.

Sözügedən nəqliyyat vasitələri və avadanlıqlar “Kütləvi qırğın silahlarının yayılmaması” üzrə Təhlükəsizliyə dair Əməkdaşlıq Proqramı çərçivəsində təqdim edilib.
Görüşdə Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova verilmiş nəqliyyat vasitələri və xüsusi avadanlıqların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

BAKU.WS