SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Nizami küçəsi ilə Rixard Zorge küçələrinin kəsişməsində yeni quraşdırılan svetofor sürücülər üçün problem yaradır. Saytımıza daxil olan şikayətdə sürücülər svetoforun ağacın arxasında quraşdırılmasının onların işini çətinləşdirdiyini deyirlər.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama  verən Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, görüntüsü məhdudlaşdırılmış bəzi svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib:

"Qeyd olunan kəsişmədə sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün yolda təkrarlayıcı (dublyor) svetofor mövcuddur. Sürücülər qarşıda bu svetoforu aydın şəkildə görə bilirlər. Ümumilikdə isə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış bəzi svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib. Digər svetoforların isə düz tipli dirəkdən çıxıntılı (L-tipli) dirəyə mərhələli şəkildə dəyişdirilməsi işləri aparılır".  

 ***12:06

Paytaxtın Nizami küçəsi ilə Rixard Zorge küçələrinin kəsişməsində yeni quraşdırılan svetofor sürücülər üçün problem yaradır. 

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sürücülər svetoforun ağacın arxasında quraşdırılmasının onların işini çətinləşdirdiyini deyirlər.

Sürücülər ağacların budaqlarının svetoforun işiğını gizlətməsi səbəbindən əsl problem yaşandığını bildirirlər.

Belə ki, yolda hərəkət edən zaman svetoforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar. 

BAKU.WS