SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən Ümumdünya Ürək Gününə həsr edilmiş “Kardiologiyada komorbid hallarda nə etməli - Debat müzakirə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş olunub.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.

Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar və konfransın əhəmiyyəti haqqında məlumat veriblər.

300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfrans tibdə yeni istiqamət - kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb.

BAKU.WS
QALEREYA