SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qənirə xanım qısa, amma mənalı ömür sürdü".

BAKU.WS xəbər verir ki, bu sözləri milli məclisin deputat Qənirə Paşayevanın dəfnində iştirak edən millət vəkili Əli Hüseynli deyib. O Paşayevanın Azərbaycan üçün böyük fiqur olduğunu bildirərək gördüyü işlərdən və insanların ona sevgisindən bəhs edib:

"O milli məclisin deputatı kimi böyük işlər görüb. Qənirə xanım övlətimiz üçün xüsusi idi. Azərbaycandan kənarda da fəaliyyət göstərib. Onun xidmətləri həmişə dövlət başçımız möhtərəm prezidentimiz və birinci-vitse prezidentimiz tərəfindən yüksək qiymətləndirilib.

Onun yaxınları və həmkarları bilir ki, o necə qəlbi geniş bir insan olub. Qənirə xanım Azərbaycan ictimaiyyəti üçün nümunəvi bir xanım idi. Onun qəlbi şəhid ailələri ilə, qazilərlə birgə döyünürüdü. Onun vəfatı bizim üçün ağırdır. Qənirə xanımın əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşacaq”.

BAKU.WS