Emil Rəhmanovdan yazan Flora Kərimova: "Səninlə üz-üzə gəlmədik ki..." - VİDEO

Xalq artisti Flora Kərimova Əməkdar artist Rəhman Rəhmanovun vəfat edən oğlu Emil Rəhmanovdan yazıb.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Emilin şəkilini paylaşaraq bunları əlavə edib:
"İstedadlısan! Səninlə üz-üzə gəlmədik ki, səsinin ifan qədər gözəl olduğunu deyim. Yoxluğuna və ağrı-acının nöqtəsinə də əlvida demək qismətim olmadı. Tanrı səni taleyinə bağışlasın, Emil.
Doğmalarına səbir diləyirəm. Allah rəhmət eləsin!".
Xatırladaq ki, 44 yaşlı Emil Rəhmanov sentyabrın 19-da səhər saatlarında vəfat edib. Buna səbəb ürəyində tromb olması olub.
R. Rəhmanovun digər oğlu isə 2004-cü ildə 27 yaşında faciəvi şəkildə dünyasını dəyişib.
Oxşar xəbərlər
Vəfat edən Emil Rəhmanovun səs yazısı yayıldı - VİDEO
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında Əməkdar artist Rəhman Rəhmano...
