SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hər şey yaxşı olacaq. Dünənlə müqayisədə bu gün xeyli irəliləyiş var. Dualarımız və həkimlərin səyi ilə tezliklə normallaşar".

Bu sözləri deputat Qənirə Paşayevanın komaya düşməsi ilə əlaqədar Baku TV-yə açıqlamasında Fazil Mustafa bildirib. 

"Təzyiqin düşməsi ilə bağlıdır və ağır vəziyyətdə xəstəxanaya gətirilib. Nəticəsi barədə həkimlər daha peşəkar şəkildə açıqlayarlar. Çünki bu xəstəliyin mahiyyətini bilmirik. Cümə günü axşam xəstəxanaya gətirilib. Bu gün xəbər tutan kimi bura gəldik",-deyə F.Mustafa əlavə edib. 

BAKU.WS