VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun bir müddətdən sonra BAKU.WS-də “İŞDƏN SONRA” layihəsi yenidən oxucularının görüşündədir. Belə ki, bu dəfə söhbətləşəcəyimiz müsahibimiz hörmətli millət vəkilimiz Fazil Mustafadır. Görüşdüyümüz gün hava çox soyuq idi. Elə söhbətimizə də burdan giriş verəsi olduq.

-Hava da pis deyil hə?

-Hə Fazil müəllim, pis deyil!

-Üşümürsüz?

-Bir az...

-Düşünürəm ki, bu soyuq ortamı “ İŞDƏN SONRA” layihəsinin növbəti həmsöhbəti millət vəkili Fazil Mustafa ilə bir az unuda bilərik. Hə Tuncay?

-Tuncay : Yaxşı olar.
-Fazil Mustafa : Burada (Bakı Milli Olimpiya Stadionunu deyir) yaxınlıqda park var. Evimə yaxın olduğuna işlərimi yekunlaşdırandan sonra, vaxt tapan kimi bura tez-tez ya velosiped sürməyə, ya da ki, qaçmağa gəlirəm. İndi gedib qızımı məktəbdən götürəcəm. Sonra bura qayıdarıq.

Maşına doğru irəlləyir.


-Fazil müəllim maşını özünüz sürürsüz? Sürücünüz yoxdur?

-Yox, sürücüm yoxdur. Uzun müddətdir olmayıb.
Fazil Mustafa : Niyə təəccüblə soruşdunuz?

-Bilirsiniz adətən müəyyən statuslu olan insanların köməkçiləri olur, sürücüləri olur. Yəni buna görə təəccübləndim.

-Maşındayıq məktəbə doğru yol almışıq.

-Qızınızın adı nədir?

-Durudur. 8 yaşı var.

-Maraqlı addır. Qızınıza niyə Duru adı vermisiniz?

-Bu ad illərdir beynimə yerləşmişdi, çox bəyəndiyim bir addı, nədənsə qızım olacağını biləndə heç tərəddüdsüz bu ad üzərində seçim etdim.

-Neçə ildir maşın sürürsüz?

-1998-ci ildən. Əslində sükan arxasında olmaqdan çox qorxurdum. Sonra qəribə bir hadisə oldu. Elə oldu ki, o dövrlərdə həbsxanaya düşdüm. 2 ay Bayıl həbsxanasında yatdım. Və həbsxanadan çıxandan sonra bu qorxum sanki keçdi getdi. Belə qəribə bir hadisə oldu. Bundan sonra elə o vaxtdan sükan arxasına keçdim.

-Sürəti sevirsiz?

-Yox elə də sevmirəm. Çünki təhlükəlidir.

-Heç radara düşmüsüz?

-Yalan olar ki deyim düşməmişəm. Hə olub. Radara düşmüşəm, qayda da pozuram. Amma statusumdan sui-istifadə edib düşməmişəm. Olub ki, tədbirə gecikirəm nəzərdə tutulan sürrətdən bir az yüksək sürətlə radara düşmüşəm.

-Həbsxananda niyə olmusunuz ki,?

-O vaxtlar AXCP – Əbülfəz Elçibəyin siyasi məsələr üzrə müavin idim. O zamanlar mitinqlər təşkil olunurdu. Yəni buna görə həbsxanada olmuşam.

-Bəydən söz düşmüşkən, siz də Əbülfəz Elçibəyə yaxın olmusunuz. Elə bir sualım da onunla bağlı idi. Əbülfəz Elçibəyi necə xatırlayırsınız?

-Əbülfəz Elçibəy maraqlı adam idi. İnsana dəyər vermək bacarığı olan bir şəxsiyyət idi. İstedadlı adamı kənarda saxlamazdı. Özünün nisbətən yaşlı olmağına baxmayaraq istedadlı insanlara, xüsusilə də gənclərə yol açmağı özünə borc bilirdi. Mənim kimi gənclər 26-27 yaşlarımızdan yüksək dövlət vəzifələrinə təyin edirdi. O deyirdir ki, bu gənclər gələcəkdə cəmiyyətə fayda verə bilən insanlar olacaq. Əbülfəz Elçibəylə mən Kələkidə də bir il bir yerdə olmuşam.

-Bəyi tanıyanlardan həmişə bu fikri eşidirik ki, o çox humanist insan olub. Sərt prezident olmayıb. Və elə onun prezidentlikdən getmək səbəblərindən biri də onun humanistliyi olub. Sizcə səslənən bu fikirlər nə dərəcədə doğrudur? Razısınız?

-Bunların səbəbi var. Amma Elçibəyin getməyinin əsas səbəbi beynəlxalq sistem Rusiya İran və başqa ölkələr onun prezident olmasına maraq göstərmədilər. Çünki, o birbaşa həmin ölkələrin Azərbaycana qarşı təzyiqlərini ifşa edən mövqe bildirirdi. O daha çox dinc dövrün prezidenti idi. Amma müharibə dövrünün prezidneti kimi müəyyən sərtlikləri tətbiq etmək lazım idi ki, bunu edə bilmədi.

Məktəbdəyik. Həmişə atasını tək görən Duru təəccüblə atasına baxır. Və nəsə pıçıldayır.


-Necəsən Duru?

- Adımı hardan bilirsiniz?

- Fazil müəllim söyləyib.
-Susub maşına oturur. Oxucularımızın diqqətinə çatdıraq ki bu balaca fidan dərslərini çox yaxşı oxuyur. Çox bacarıqlıdır. Beləki Duru idmanla incəsənətin çox gözəl ahəngini yaradıb. O həm rəqs, rəsm, həm şahmat həm də karate ilə məşğul olur. Durunu evə yola salıb. Söhbətimizə qaldığımız yerdən davam edirik. Geri “ Böyük şor” gölünün ətrafında olan parka doğru irəlləyirik.


-Hə gələk, Fazil müəllimin işdən sonrakı gününə. İşdən sonrakı saatlar sizin üçün necə başayır?

-Elə gördüyünüz kimi... Duru məktəblidir. Onu məktəbə aparmaq, məktəbdən gətirmək, şahmata aparmaq, evin işləri və.s . Özümə gəlincə, işdən sonra iki əsas işim var: İdman etmək, kitab oxumaq və ya kitabxanaya getmək. İdmana, bilyard və şahmat oynamaq, velosiped sürmək daxildir. Vaxt olanda basketbol və ya valebol oynamağa gedirəm. Daha sonra kitab mağazalarına getməyi xoşlayıram. Düzdü bizdə kitab mağazaları açılıb. Amma ənənə hələ oturmayıb. Rahat oturub oxuduğun kitabı müzakirə etmək mühiti yoxdur. Daha çox buna çalışıram ki, səmərəsiz vaxt keçməsin. Cəmiyyətin içində olmağa maraqlıyam.

Gəlib parka çatdıq. Parkdayıq. Söhbətimizi tanımadığımız bir dayı kəsir.

Siz burda nə edirsiz?- deyib bir dayı bizə yaxınlaşır. Dayının sualına həmsöhbətimiz cavablandırır.
Fazil Mustafa: Müsahibə veririk.
Dayı: Çəkiliş edirsiz?
Fazil Mustafa: Yox etmirik.

- Fazil müəllim dayının “ burda nə edirsiz” sualı sizə hansısa filmdən fraqmeti xatırlatmır?

-Sualımızın cavabını düşünür. “Bizim Cəbiş müəllim” filmindən....
Fazil Mustafa: Hə, deyir ki : “Adə, rəhmətdiyin oğlu, adam burda neyniyər? Aç qapını, bombalar töküldü başımıza töküldü”
Gülürük.

-Fazil Mustafa: Hə lap yerinə düşdü bu misal

-Bayaq Cəmiyyətin içində olmağınızı vurğuladınız, sizin elə həmkarlarınız var ki, onları heç kim tanımır. Sizcə bunun səbəbi nədir?
Bilirsiz, bu başqa sahələrdə də belədir. Tək bizim sahədə belə deyil. Bu həkimində də, polisində də müəllimində də mühitində belə ola bilir. Fəal insan hər sahədə aktivdir. Adam özünü xaraktercə gizlətmək istəyirsə, hansı sahədə çalışmağından aslı olmayaraq o, bunu edəcək. Sadəcə millət vəkili seçilən statusdur deyə, belə xarakter gözə daha tez çarpır.
Fazil müəlllim həm də ailə başçısı statusun daşıyırsız. Bəs ailədə necə fəal ailə başçısız?
Vallah ailənin qayğıları və yükü mənim üzərimdədir. Həyətimi də özüm belləyirəm. Evimdə köməkçi belə da yoxdur. Hər yana türklər demiş özüm “koşdururam”. Evə bazarlıq üçün mağazaya da özüm gedib, bazarlığımı da edirəm.


-Həyət evində yaşayırsınız?

Bəli.

-Bu sadəlik diqqət çəkməməkdən ötürüdür?

-Bəli, birinci növbədə diqqət çəkməməkdən ötürüdür.

-“Dilə - dişə” düşmək istəmirsiz hə?

-Hə, istəmirəm. Həm də bir məqam vardır. Bu statusumuz bu gün var sabah yoxdur. Yəni əgər mənim bu gün evimdə qulluqçu tutmağa imkanım varsa, bu sabah olmaya bilər. Və bir insan kimi bu məndə kompleks yaradar. Ona görə də bu cür həyat şərtləri altında yaşamaq daha rahatdır. Bəzən görürsünüz ki, hardasa ya basketbol, ya valebol oynayıram. Orada gənclər varsa onlara qoşulub birlikdə oyanyırıq. Görürəm ki, təəcüblə mənə baxırlar. Deyirəm ki, burada təcüblənməli nə var ki?!


-Neçə ildir evlisiz?

-Mən 33 yaşımda evlənmişəm. Yoldaşımla bir həftənin içində tanış olduq və evləndik. Bizim evliliyimiz valieynlərimizin sayəsində olub. Yoldaşım məndən 13 yaş balacadır. İki övladım var. Bir oğlum bir qızım. Qızımın 8 yaşı var. Bayaq gördünüz. Oğlumun isə 18 yaşı var. Hazırda xaricdə Macarıstanda təhsil alır. II kurs tələbəsidir. İqtisadiyyat üzrə oxuyur. Oğlumun adı Ərturandır.

-Yoldaşınız hansı sahədə çalışır?

-O tibb bacısıdır. O da işə gedir, evə gəlir. Evin işlərin özü görür. Hətta elə işlər olur ki, ellektirikdir, nə bilim santexnik işidir hamısını o məndən də yaxşı bacarır. GÜLÜR. Mənim də işimi xeyli yüngüləşdirir.

-Övladlarınız arasında yaş fərqi çoxdur. İkisi arsında bu münasibəti necə təzimləyirsiniz?

-Hə çoxdur. Və sizə deyim ki, təbii olaraq onların maraqları da fərqlidir. Məsələn qızım məktəblidir. O özünə bir başqa cür diqqət, qayğı istəyir. Oğlum bir başqa cür. Çalışıram balansı saxlayım. Belə işlər gec evlənməyin nəticəsidir . Yenə də şükür.

-Siz özünüz ailə də neçə uşaq olmusunuz?

-Biz ailədə 6 uşağıq. Bir - birimizə dəstək verən bacı - qardaşlar olmuşuq. Ailədə çox uşaq olanda mehribanlıq olur. Mən də evin 4 –cü uşağı olmuşam. Yaxşı oxuduğuma görə ailəmdən dəstək görmüşəm. Xüsusən də atamdan.

-Atanız hansı peşə sahibi olub?

-Atam bənnalıqdan başlayıb, sonra da iş icraçısı olub. Naxçıvanın əməkdar inşaatçı adını alıb. O özü oxumadığına- yəni səthi biliklərə sahib olduğuna görə mənim yaxşı oxumağm onun xoşuna gəlirdi. Hətta, atam mən hərbi xidmətə gedəndə yaxşı yerə saldırmaq istəyirdi. Amma mən özüm hərbi xidmətə atamdan xəlvət getdim. Ümumiyyətlə sizə bir söz deyim, mən bütün çətinliklərlə rastlaşmış insanam. İnsanlar elə bilməsin ki, statusulu şəxslərin hamısı elə hazıra nazir olurlar.

-Mülayim, yoxsa sərt adamısınız?

-Mən çox tələbkaram. Siz məni oyun oynayanda görəsiniz. Çox tələbkaram. Mən oyunda fədəkarlıq etməyən adamı qovuram. Qışqırıram, əsəbləşirəm.

“Böyük Şor” gölünün ətrafında gəzirik.

-2017 ci ili necə yekunlaşdırırsınız? Bu il sizin üçün uğurlu və ya faydalı oldu?

-Bilirsiniz, ilin uğurulu və ya uğursuzu yoxdur. İnsanın uğurlu olub və ya olmamağı var. Bu il evimdə bir böyük kitabxana açdım. Daha sonra iki kitabım nəşr olunmaqdadır. Yayı da demək olar ki, dənizdə keçirdim. Bir çox faydalı saydığım işləri gördüm. Kitab çalışmaları mənim üçün çox önəmlidir. Çünki, qalıcı işlər görməliyik. Yəni yaxşı yekunlaşır, çox şükür.

-Mətbəxtlə aranız necədir biş –düş edirsiz?

-Yox, mətbəxt mənlik deyil. Bunu mən dəfələrlə demişəm. Mənim yeməklə bağlı kaprizim yoxdur. Dadsız olandan, nəsə yananda da yeyib sakitcə ayağa qalxıram.


-Yoldaşınızla tez-tez konfilik yaşadığınz mövzu nə olur?

-Uşaqlarla davranışda yaşayırıq. Yoldaşım bir az sərt davranır, mən yumuşaq rəftar edirəm. Öz aramızda da məişət mövzusunda da problemlər olur. Biz bir-birimizə kompromisə getməyə öyrəncəliyik deyə elə çox ciddi davalarımız olmur. Bizdə qətiyyən söyüş, təhqir olmaz. Anam da bizimlə yaşayır. Elə sülh olduğuna görə deyir ki, bizimlə yaşamaq ona rahatdır.
Müsahibizə zəng gəlir. Aydın olur ki, onun bizdən başqa daha qeyri - rəsmi bir görüşü var.

-Fazil müəllim deyəsən görüşünüz var?

-Hə, Rusiyadan qonaqlarım var. Onlarla görüşəcəm.

-O zaman ənənəvi sualımızı verib yekunlaşdıraq. Milli Məclisdə dostunuz olan həmkarınız var?

-Ümumi dostlarımız çoxdur. Qüdrət Həsənqulyevlə, Zahid Orucla, Elxan Süleymanovla, Novruz Aslanla, Musa Urudla daha yaxın dostluğumuz var. Qüdrət bəyllə daha tez-tez görüşürük, əsasən də şahmat oynayırıq.

-Bəs uduzannın cəzası nə olur?

-Məncə “ İşdən sonra” layihəsini bir də Qüdrət Həsənqulyevlə edin və bu sualı da ona verin. Maraqlı cavab alacağınıza çox inannıram. Qoy o danışsın.

Yaxşı, verərik.

Fazil Mustafa: Hə bir də xanım, onu deyəcəkdim. Adam var vaxtının ağasıdır, adam da var vaxtının nökəridir. Özümü vaxtın ağası hesab edənlərdən biri kimi hazırlamışam deyəsən.

Gülşanə Mustafayeva
Foto: Tuncay Türbəndəzadə