SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağdakı vəziyyət üzrə təhlükəsizliklə bağlı Rusiyanın öhdəliklərini yerinə yetirməməsinə dair Ermənistanın bizə qarşı iddiaları əsassızdır. İrəvan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından sonra Rusiya buna müdaxilə edə bilməz”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il vəziyyətinə görə Azərbaycanın sərhədlərini tanıdıqlarını bəyan etdi. Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Ona görə də biz Ermənistanın təhlükəsizliklə bağlı öhdəliklərin yerinə yetirilməməsinə dair ittihamlarını qəbul etmirik”, - deyə Dmitri Peskov vurğulayıb.

Dmitri Peskov qeyd edib ki, de-yure olaraq Azərbaycan hazırkı tədbiri öz ərazisində həyata keçirib.

BAKU.WS