SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsində tam müasir avadanlıqlarla təminat işləri həyata keçirilib. Poliklinikalarda yeni avadanlıqlarla təzhiz olunan laboratoriyalar fəaliyyətə başlayıb”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O əlavə edib ki, yaxın dövr ərzində yeni adavanlıqlarla təchiz edilmiş poliklinikaların say daha da artacaq:

“Ümumilikdə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində ilkin səhiyyə xidməti göstərən 104 tibb müəssisəsi fəaliyyət göstərir. Zamanla onların hamısında həmin laboratoriyalar fəaliyyətə başlayacaq.
Bu gün TƏBİB-in nəzdində olan böyük tibb müəssisələrində hansı analizləri vermək mümkündürsə, ilkin tibbi xidmət göstərən poliklinikalarda da həmin analizləri vermək mümkün olacaq. Bu labrotariyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil olan 131 növ analizlərin tam və dəqiq şəkildə verilməsi real olacaq. Demək olar ki, bütün analizlər bu müəssisələrdə olacaq.

Buna görə vətəndaşlardan heç bir ödəniş tələb oluna bilməz. İşləyib-işləməməsindən, təqaüdçü və ya azyaşlı olmasından asılı olmayaraq hər kəs bu xidmətdən pulsuz istifadə edəcək”.

Orxan Hüseyn
BAKU.WS