SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə Eskişehirdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-24-cü uçuş tədris ilinin açılış mərasimində iştirak edib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açılış mərasimində çıxış edən Yaşar Gülər türk ordusunun terrorçulara qarşı uğurlu əməliyyatlar keçirdiyini vurğulayıb:
“Ordu eynilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa ölkələrdəki qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.

BAKU.WS