SİZİN REKLAM BURADA!
055 213 76 73


Övladını əmin əllərə əmanət etmək üçün bağça arayışında olan valideynlərə sevindirici xəbər! Artıq 4 ildir Ağ Şəhərdə xidmət göstərən “Brave Kids” uşaq bağçasının 2-ci filialı fəaliyyətə başladı!

Filial Ağ Şəhərin Mərkəzi Park rayonunda, Qarabağ atları meydanının yaxınlığındakı “Hünər Park” yaşayış kompleksində yerləşir. Bağçada dərslər 2 dildə - Azərbaycan və rus dillərində, 15-18 nəfərlik qruplarda aparılır. Uşaqlar üçün davamlı olaraq əyləncəli məşğələlər, müxtəlif yerlərə ekskursiyalar, musiqi və rəqs nömrələrindən ibarət tədbirlər təşkil olunur. Qidalanma gündə 5 dəfə olmaqla müxtəlif yemək menyusu üzrə aparılır. Uşaqların sağlamlığını daim nəzarətdə saxlamaq üçün müasir avadanlıqlarla təchiz olunmuş xüsusi həkim otağı fəaliyyət göstərir. Otaqlara quraşdırılmış kameralar vasitəsilə valideynlər körpələrini istədikləri zaman müşahidə edə bilərlər.

Əgər siz də övladlarınızın sağlam, müasir və intellektual mühitdə inkişaf etməsini istəyirsinizsə onları “Brave Kids” uşaq bağçasına əminliklə əmanət edə bilərsiniz.

Qeyd edək ki, sentyabrın 15-dək qeydiyyatdan keçən şəxslər xüsusi endirim paketlərindən yararlana biləcəklər.
Əlavə məlumat üçün 050 895 86 96 və 070 478 17 18 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

BAKU.WS
QALEREYA