SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Rövşanə Ağasəfqızının "Space" televiziyasındakı işinə xitam verilib.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı axşam.az-a açıqlamasında bildirib.

O, heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

"Hazırda məzuniyyətdəyəm. Bu gün "Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram".

BAKU.WS