SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Rövşanə Ağasəfqızı ilk dəfə "Space səhər" verilişinin bağlanması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. 

BAKU.WS xəbər verir ki, o, aparıcısı olduğu verilişin bağlanmadığını, sadəcə formatının genişləndiyini bildirib:

"Bir həftədir ki, verilişimizin kimlərsə tərəfindən bağlanması haqqında yoxlanmamış informasiyalar yayırlar. Hörmət etdiyimiz xanəndə açıqlama da verib ki, "İş tapar, inşallah çörəksiz qalmaz". Təşəkkür edirəm, Allah hamının ruzisini yetirsin. Əksinə, verilişim bağlanmayıb, formatı genişlənib. Sosial problemlər, aktual, gündəlik məsələlər diqqətimdə olacaq.

Elə "Space" kanalının efirində həftəiçi beş gün səsimi eşidəcəksiniz. Verilişimi heç kim bağlatdırmayıb və bağlatdıra da bilməz. Hər kəs öz işi ilə məşğul olsun, ifasını etsin, mahnısını oxusun. Biz də sevə-sevə onları toy məclislərimizə dəvət edək. Gəlsinlər sənətlərini nümayiş etdirsinlər".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Əməkdar artist İlkin Əhmədovla aparıcı Rövşanə Ağasəfqızı arasında qalmaqal yaşanıb. Aparıcı xanəndənin canlı yayıma 2 saat gecikdiyini qeyd edərək onu efirə buraxmayıb. 

BAKU.WS
VİDEO