SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah fövqəladə hadisələrlə bağlı metroda təlim keçiriləcək.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN ilə “Bakı Metropoliteni” QSC metronun “Qara Qarayev” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 31 avqust 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

BAKU.WS