SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində itkin düşən şəxs Bakıda tapılıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, iyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F. Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

BAKU.WS