SİZİN REKLAM BURADA!
055 213 76 73


4 iyul saat 00:01 radələrində Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Xəzər dənizində hərəkət edən gəmilərin hərəkətinə necə təsir edib?

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, gəmilərin hərəkətində heç bir problem yaranmayıb.

“Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

BAKU.WS