SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış 4 reys həyata keçirib: J2-2251, J2-265, J2-261 və J2-257.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.

Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlərinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.

Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.

Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə əldə etmək, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

BAKU.WS