SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

"Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz", - AZAL-dan bildirilib.

***19:53

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinin uçuşu bu gün həyata keçiriləcək.

Bu barədə BAKU.WS “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinə istinadən xəbər verir.

Bakıdan Naxçıvana uçuşlar saat 21:10 və 23:30-da, Naxçıvandan Bakıya isə saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək.

"Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur", - məlumatda deyilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Bununla yanaşı, xüsusilə qeyd edir ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

BAKU.WS