SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək.

BAKU.WS