SİZİN REKLAM BURADA!
055 213 76 73


AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Təyyarə yerli vaxt ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

BAKU.WS