İyun ayında neçə gün iş olmayacaq?

12
may
2023
16:21
İyun ayında 12 gün iş olmayacaq.
BAKU.WS xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.
Belə ki, gələn ay ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq.
Bundan əlavə 26 İyun - Silahlı Qüvvələr Günü, gələn ayın 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.
Beləliklə iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
