SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines, hava yükdaşımaları sənayesi üçün rəqəmsal xidmətlər üzrə aparıcı şirkətlərdən biri olan cargo.one ilə tərəfdaşlığı haqqında bəyan edir. Bu tərəfdaşlıq ekspeditorlar üçün sürətli və rahat bronlaşdırma imkanı yaradaraq, hava yüklərinin sifarişi prosesini sadələşdirəcək və daha səmərəli edəcək. Silk Way West Airlines şirkətinin yük daşımalarının cargo.one vasitəsilə rezervasiyası 2023-cü ilin payızından etibarən mümkün olacaq.

Silk Way West Airlines qlobal bazarlarda ekspeditorların üstünlük verdiyi cargo.one ilə birləşərək, öz rəqəmsal mövcudluğunu artıracaq və hava yüklərinin bronlaşdırılması üçün sənayenin aparıcı standartlarına riayət edəcək. Həmçinin, aviaşirkət rəqəmsal satışın tətbiqini sürətləndirmək üçün cargo.one komandasının təcrübəsindən və praktiki dəstəyindən faydalanacaq.

Silk Way West Airlines şirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer deyir: “Müştərilərimizə mümkün ola biləcək ən yüksək xidməti göstərmək və öhdəliklərimizi bölüşmək üçün cargo.one ilə əməkdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq bizə qüsursuz xidmət göstərmək ilə yanaşı, eyni zamanda öz əməliyyatlarımızı asanlaşdırmaq imkanı yaradacaq. cargo.one və Silk Way West Airlines komandaları çox sıx əməkdaşlıq edir və biz onların sübut edilmiş təcrübəsinə güvənərək, təkliflərimizi təkmilləşdirmək və rəqəmsal hava yükdaşımaları satışlarında payımızı artırmaq niyyətindəyik”.

cargo.one şirkətinin təsisçisi və baş icraçı direktoru Morits Klaussen əlavə edir: “Silk Way West Airlines şirkətinin cargo.one platformasına qoşulması rəqəmsal rezervasiyadan istifadə edən minlərlə agent üçün mühüm xəbərdir. Silk Way West Airlines daim dəyişən bazarı dərindən dərk etdiyinə görə indi cargo.one platformasını rəqəmsal satışların artması üçün öz sinfində ən yaxşı rəqəmsal tərəfdaş kimi seçir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com  saytına daxil olun.

2017-ci ildə əsası qoyulan cargo.one (Cargo One GmbH) hava yükdaşınmalarının bronlaşdırılması və marketinqi üçün bir platformadır. Cargo.one onlarla ölkədə 5000-ə yaxın ekspeditor ofisləri tərəfindən istifadə olunur və 40-dan çox aviaşirkət üçün ani bron edilə bilən tariflər təklif edirən ilk bron platformasıdır.

Akkreditə olunmuş yük agentləri sifarişin dərhal təsdiqi ilə real vaxt rejimində axtarış, müqayisə və bron etmək imkanına malikdirlər. cargo.one pro vasitəsilə idxalçılar 24/7 rejimində digər etibarlı ekspeditor partnyorları ilə qiymətləri dərhal müqayisə edə və sifariş edə bilərlər.

Şirkət World Air Cargo Awards 2021 və 2022 tədbirlərində "Information Technology for the air cargo industry", 2023-cü ildə "'International IT Systems Provider of the Year",  UK Logistics Awards 2022 tədbirində "Air Business of the Year" və 2020-ci ildə Air Cargo News mükafatlarına layiq görülüb. cargo.one Beynəlxalq Hava Yükləri Assosiasiyası TIACA-nın üzvüdür.

BAKU.WS