SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatı ilə əlaqədar olaraq 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edib.

Bu barədə BAKU.WS-ə ADY-dan bildirilib.

Belə ki, 29 və 30 aprel tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq.

Əks istiqamət üzrə isə 29 və 30 aprel tarixlərində əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır.

Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

BAKU.WS