SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclasında bununla bağlı tapşırıqlar verilib.

BAKU.WS xəbər verir ki, bununla da əmək haqları, pensiya və müavinətlərdə artımlar ola bilər.

Qeyd edək ki, birinci rübün yekunlarına əsasən dövlət büdcəsinə proqnozdan daha çox vəsait daxil olub. Büdcə üzərində iş yaxın günlərdə bitəcək və dövlət başçısına göndəriləcək. Bundan sonra Milli Məclisə göndəriləcək. May ayında isə parlamentdə dövlət büdcəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Deputat Vüqar Bayramov atv-yə bildirib ki, dövlət büdcəsinə yenidən baxılması prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan verəcək.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

BAKU.WS
VİDEO