Dövlət qurumunun rüşvətə görə həbs edilən sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində yol verilən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan idarənin sabiq rəisi Ayxan Səfərovun xidməti səlahiyyətlərinin icrası zamanı Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI
Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...
