VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Kamal Cəfərov ötən gecə axşam saatlarında güllələnən həmkarı Fazil Mustafa ilə bağlı paylaşım edib. 

BAKU.WS xəbər verir ki, deputat Mustafaya qarşı törədilən cinayəti terror adlandırıb və bu addımı qınayıb:

"Həmkarımız və dəyərli ziyalımız Fazil Mustafaya qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Fazil bəyə Allahdan şəfa diləyirəm. Hazırda xaricdə səfərdə olduğumdan xəstəxanaya gedə bilmədim, ancaq ailə üzvü ilə əlaqə saxladım və dəstəyimizi ifadə etdim.

İnanıram ki, hüquq mühafizə orqanları qısa zamanda bu cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən edərək ədalət mühakiməsinə təhvil verəcəklər".

Qeyd edək ki, ötən gecə axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.

BAKU.WS