"UniDestin" Tədris Mərkəzinin meneceri: İşimiz tələbəni xaricə göndərməklə bitmir, əksinə ondan sonra başlayır

"UniDestin" Tədris Mərkəzini digər xaricdə təhsil mərkəzlərindən fərqləndirən əsas cəhət tam xidmət modelidir. Mərkəzin işi tələbəni xaricə göndərməklə bitmir, əksinə iş ondan sonra başlayır.
Bunu "Report"a açıqlamasında "UniDestin" Tədris Mərkəzinin meneceri Ülviyyə Hüseynova deyib.
Onun sözlərinə görə, tədris mərkəzində əsas məqsəd etibarlı imic yaratmaq və onu qoruyub saxlamaqdır:
"İndiki gənclər, tələbələr hətta yeniyetmələr xaricdə təcrübəyə can atırlar. Xaricdə təcrübənin yolu isə xaricdə təhsildən keçir. Bunu nəzərə alaraq Azərbaycanda xaricdə təhsil, özünüinkişaf, karyera yüksəlişi sahəsində yeni istiqamətləri, innovativ təklifləri və uzunmüddətli dayanıqlığı özündə ehtiva edən "UniDestin" Tədris Mərkəzini yaratmaq qərarına gəldik. Artıq gənclər təhsil səviyyəsində müəyyən yerə gəldikdən sonra ixtisaslaşmaq istəyirlər. Bunun üçün biz onlara ixtisasartırma, təcrübə proqramları da təklif edirik".
Tədris Mərkəzinin meneceri bütün Qərb və Avropa ölkələri ilə əməkdaşlıq edildiyini və Asiya ölkələri ilə də əməkdaşlığın genişləndiriləcəyini qeyd edib:

"Tələbələr arasında Asiya ölkələrinə marağın çox olduğunu və hətta bu ölkələrin dilinə artan marağı da nəzərə alaraq Çin, Koreya, Yaponiya universitetlərilə də əməkdaşlıq edilir və gələcək üçün genişləndirməyi düşünürük. Demək olar ki, dünyanın bütün aparıcı dövlət və proqramlarını araşdıraraq seçim edirik. Hansı ölkədə hansı sahələrin prioritet olduğunu nəzərə alıb tələbələri həmin ölkələrə göndərməyə çalışırıq".
Ü.Hüseynova bildirilib ki, valideynin güvənini qazanmaq çox önəmlidir:
"Bizim prioritetimiz ailə ilə birgə çalışmaqdır. Bu səbəbdən biz tələbənin xaricdə təhsil prosesini başdan sonra izləyirik. Tələbənin getdiyi ölkənin və universitetin təhlükəsizliyi həm ailə, həm də bizim üçün önəmlidir. Çünki valideynlərin övladları üçün çalışdığını və onları yaxşı yerlərə göndərmək istədiklərini bilirik. Bu səbəbdən tədris planlamasını üç tərəfli həyata keçirməyə çalışırıq: ailə, tələbə və tədris mərkəzi".
Menecerin sözlərinə görə, "UniDestin" Tədris Mərkəzi buradan yararlanan tələbələrə dil hazırlığı kurslarında da endirimlər də təklif edir:

"Ailə və tələbə ilə birgə tədris planlamasından sonra tələbənin maraqlarına, maliyyə imkanlarına, ortalama nəticələrinə uyğun bir neçə təklif irəli sürürük. Peşəkar dil mütəxəssislərinin iştirakı ilə dil kurslarımız da fəaliyyət göstərir. Onlara təhsil alacağı ölkənin dili ilə yanaşı, gündəlik həyatı, ab-havası, coğrafi mövqeyi, nəqliyyat sistemi və s. kimi detallarla bağlı məlumat verilir. Bəzi tələbələr olur ki, gəlib hansısa ölkəni istədiyini deyir amma biz həmin dərəcənin başqa yerlərdə yüksək olduğunu görüb ona alternativ təkliflər irəli sürürük. Tələbənin seçdiyi universitetlə də əlaqə yaradıb ona uyğun təcrübə proqramının olub olmaması barədə danışıqlar aparırıq. Əgər varsa, tələbəni yönləndiririk. İmtahanlarda da üzləşdikləri çətinliklərdə bacardığımız qədər dəstək oluruq".

Ü.Hüseynova xaricdə təhsil almaq istəyən gənclərə bəzi müraciətlər də edib:
"Gənclərə məsləhətim budur ki, proqram seçəndə birlikdə seçək. Çünki hazırda yenilənmiş proqramlar çoxdur. Biz də tələbəyə daha yaxşı seçimi edə bilməsi üçün təkliflər irəli sürürük və proqnoz veririk ki, hansı ixtisaslar gələcək üçün faydalı ola bilər. Çalışırıq ki, tələbə ixtisas seçimi edərkən karyeraya bağlanma mərhələsini də tapa bilsinlər. Bizim proqnozlarımız da istinadlara əsaslanır. Məqalələri və təhsillə bağlı xəbərləri izləyib araşdırırıq. Bütün bunların əsasında gələcək üçün müəyyən proqnoz və təkliflər irəli sürürük".
Foto: Zaur Mustafayev
Oxşar xəbərlər
Bakıda meyit TAPILDI: "Cavandır, deyirlər ki, narkoman olub"
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Sülh küçəsində yerləşən binalardan birinin həyətində kişi meyiti aşkarlanıb. Məlumata görə, cəsəd Firudin İdiş oğl...
