VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib.

BAKU.WS xəbər verir ki, Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib.

Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın imzaladığı əmrlə, universitetin əməkdaşlarına əməkhaqlarının 20%-i dəyərində pul mükafatı veriləcək.

Eyni zamanda, Azərbaycan Texnologiya Universitetinin bütün əməkdaşlarına Novruz bayramı ilə əlaqədar 100 manat məbləğində mükafat verilib.

Həmçinin UNEC Novruz bayramı ilə əlaqədar bütün əməkdaşlarına 300 manat məbləğində mükafat verib.

BAKU.WS