Aprel döyüşlərində yaralanmış hərbçimiz çətin vəziyyətə düşüb.
 
BAKU.WS-ə daxil olan məlumata görə, aprel döyüşlərində rəşadətlə vuruşan hərbçimiz Ülfət Həsənov 7 min manatlıq borcunu ödəyə bilmir.
 
Döyüşlər zamanı güllə yarası alan hərbçimizin hazırda işləmək imkanı yoxdur. Beynəlxalq banka olan borcunu ödəməkdə çətinlik çəkən hərbçimizə ödəniş etmək üçün vaxt qoyulub.
 
Həbçinin yaxınları əlaqədar qrumlardan qəhrəman döyüşçümüzə yardım etməyi xahiş edir. 
 
Nazim Babayev
BAKU.WS