AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqalar və Region Liqasınının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, 1 dəqiqəlik sükutla Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi yad ediləcək.
"Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!" - deyə, paylaşımda qeyd olunub.
BAKU.WS