SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu il istirahət mövsümündə İsmayıllı və Şamaxıda otellərdə yerlər 92, Göygöldə 95-100, Qəbələdə 100, Lerikdə 90 faiz tutulub. Hələlik Mingəçevir və Xızıda bu il yerlər tam dolmayıb. Məndə olan məlumata görə, bu rəqəm 30 faizdir”.

BAKU.WS xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qareyev Azərbaycanda Turizm İşçiləri günü ilə bağlı keçirilən mətbuat konfransında deyib.
 
O, qeyd edib ki, gələn il "Turizm Şurası” fəaliyyətə başlayandan sonra turizm sənayesi daha sürətlə inkişaf edəcək: 

"Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Turizmin inkişafında ticarət festivallarının keçirilməsi də böyük rol oynayır. Gələn il iki festival keçirə bilərik və xərclənən vəsaitin 20-30 faizi geri qayıda bilər”. 

Aytən Həsənova
BAKU.WS