Baş nazirdən maaşlarla bağlı YENİ QƏRAR - Yanvarın 1-dək...

Baş nazirdən maaşlarla bağlı YENİ QƏRAR - Yanvarın 1-dək...
Sosial 1222

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əmək haqqına əlavənin müddəti uzadılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına əlavənin ödənilməsi müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Oxşar xəbərlər

Bu tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək verilib

Bu tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək verilib

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına y...

129 Sosial 21:30 09 mart 2022

Son xəbərlər