SİZİN REKLAM BURADA!
055 213 76 73


"Avroviziya"nın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılan İsa Məlikovun yerinə təyinat olub. 

BAKU.WS xəbər verir ki, sözügedən vəzifəyə İTV Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

Bu barədə BAKU.WS-ə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən məlumat verilib. 

***14:19

İsa Məlikov artıq "Avroviziya"nın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Məlikov özü bildirib. O, feysbuk hesabında fotolar paylaşaraq artıq işindən ayrıldığını deyib:

 "Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gündən etibarən "Avroviziya" müsabiqəsinin Azərbaycan deleqasiyasına rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam.

Gələn il, nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ ki sirdir...

İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq.

Azərbaycanın gənc komandasının hər bir üzvünə onların əzmkarlığına və fədakarlığına, daha çox və daha yaxşı iş görmək istəklərinə görə təşəkkür edirəm.

"Avroviziya" müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu mənə unudulmaz təcrübə və inanılmaz emosiyalar qazandırdı. Hər birinizin bu layihədə buraxdığınız dəyərli izi, özünüzün dəyərli parçası var.

Amma, xüsusi ilə mənim ən sevdiyim təmsilçini, bizim "Junior Eurovision" rekordçusu Sona Əzizovanı vurğulamaq istəyirəm. Əminəm ki, onun əsas uğuru hələ də qabaqdadır.

Deleqasiyanın yeni rəhbərinə və Avroviziya komandamıza parlaq artistlər, xit mahnılar, saysız-hesabsız "12 points" və yeni zirvələrin fəthini arzulayıram!"

BAKU.WS
QALEREYA