SİZİN REKLAM BURADA!
055 213 76 73



Təhsil Nazirliyi yaxın bir neçə həftə ərzində Bakıda təxminən 1000 tələbə yerlik, müasir yataqxananın tikintisinə başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AZTV-nin "Günün nəbzi” verilişinə verdiyi müsahibə zamanı deyib.

Nazirin sözlərinə görə, bu yataqxana Azərbaycan Dövlət və Neft Sənayesi Universitetinin ərazisində tikiləcək. Yataqxana yalnız Azərbaycan Dövlət və Neft Sənayesi Universitetinin tələbələri üçün deyil, digər məktəblərdə təhsil alan, yataqxanaya ehtiyacı olan, bölgələrdən gələn tələbələr üçün də nəzərdə tutulacaq.

M.Cabbarov bütün bu addımların ali təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcəyinə inandığını söyləyib.
 
BAKU.WS