Bu rayonda insanlara pul verilir - Poçta yaxınlaşıb götürə bilərsiniz - RƏSMİ

Bu rayonda insanlara pul verilir - Poçta yaxınlaşıb götürə bilərsiniz - RƏSMİ
Sosial 7918

İmişlidə Zəfər günü ilə əlaqədar müharibə veteranları, eləcə də digər sosial qruplara 100 manat bayram pulu verilir.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə müharibə veteranlarından biri məlumat verib.

O bildirib ki, yerli poçt şöbəsinə yaxınlaşaraq həmin məbləği almaq mümkündür.

Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova BAKU.WS-ə eksklüziv olaraq məlumatı təsdiqləyib:

"Azərbaycan Respublikası Prezidentinin 03.06.2019-cu il tarixli, 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna qədər daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər, rayonların sərəncamında və istifadəsində saxlanılması” Qaydasına əsasən İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsait ayrılıb.

Vətəndaşlara maddi yardımın verilməsi prosesi İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional Poçt Filialı arasında bağlanılmış müqaviləyə əsasən Poçt Filialı tərəfindən həyata keçirilir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6402 Sosial 18:43 27 may 2022

Son xəbərlər