Həkəri çayına növbəti dəfə körpə balıqlar buraxılıb - FOTO

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.
BAKU.WS xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
F.Əliyev təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini qeyd edib:
"Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq".
Qalereya
Oxşar xəbərlər
Kür sahilində balıqçılıq biznesi göbələk kimi artır: Əhali niyə susuz qalıb? - FOTO
Kür qırağında yerləşən rayonlarda əhali su qıtlığından əziyyət çəkir. Sakinlər buna əsas səbəb kimi yağışdan sonra göbələk kimi peyda olan balıq hövzələrini gös...
