12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Yəqin ki, taksi xidməti üçün hazırlanmış mobil telefon xidmətlərindən çoxunuz istifadə edirsiniz. Qısa bir test edin, eyni istiqaməti bir neçə taksi şirkətinə göndərin və qiymətlərini müqayisə edin. Hərəsindən fərqli qiymətlər gələcək. Dünya təcrübəsində isə taksilər vahid qiymətlə işləyir. Bəs bizdə nə vaxt bu sistemə keçiləcək?

Bakı şəhər sakini Elçin Quliyevin dedikləri ilə çoxumuz üzləşirik. Bakıda taksilərin vahid qiymət sistemi yoxdur. Paytaxtda çoxlu fərdi sürücülər və taksi şirkətləri fəaliyyət göstərir. Hansı taksi şirkətinə eyni istiqamət üzrə sorğu göndərsəniz fərqli qiymətləri görəcəksiniz.

Bəs taksilərin vahid qiymət sisteminə keçidi nə vaxt baş verəcək? Bakı Nəqliyyat Agentliyindən bildirirlər ki, bu məsələ onların da diqqətindədir. Və üzərində fikirləşirlər.

Sənədə əsasən taksi xidməti göstərənlərə yeni fərqlənmə nişanı veriləcək. Burda avtomobilin komfortu, internet və digər əlavə xidmətlər göstərməsi kimi məsələlər nəzərə alınacaq ki, bu da qiymətlərə təsir edəcək.

Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil.