SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri aparıldığından, sabah saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Sabunçu qəsəbəsi və Bakıxanov qəsəbəsinin "Anaşkin” adlanan ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Aparılan işlərin Xəzər rayonunun Şağan və Buzovna qəsəbələri, həmçinin "Quşçuluq" yaşayış massivi ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.
 
BAKU.WS