VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyulun 8-də saat 09.00-dan Abşeron rayonunun Xırdalan şəhərinin, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildiriblər ki, məhdudiyyətlər qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlərlə əlaqədar olacaq.

Görülən işlər Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına təsir göstərəcək. Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.
 
BAKU.WS