SİZİN REKLAM BURADA!
055 213 76 73


"İctimai nəqliyyatda qiymətlərin artırılması tıxac probleminin həlli deyil. Onsuz da bütün sahələrdə qiymət artımları müşahidə olunur. Ehtiyacı olan, kasıb yaşayan əhalinin istifadə etdiyi ictimai nəqliyyatda da qiyməti artırsaq, onların vəziyyəti bir az da çətinləşər. Mən hesab edirəm ki, bu, düzgün çıxış yolu deyil”.

BAKU.WS xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov son vaxtlar ictimai nəqliyyatdakı sıxlıq və gözlənilən qiymət artımına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, müvafiq qurumlar bu sahədəki problemlərin həlli üçün işlər görməlidirlər:

"Tıxac problemini həll etmək üçün müvafiq qurumlar var. Bakı Nəqliyyat Agentliyi və digər başqa qurumlar var. Hansı ki, onlar buna cavabdehdirlər. Zəhmət çəksinlər, otursunlar, baş işlətsinlər, inkişaf etmiş dövlətlərdə tıxac problemləri ilə nə cür məşğul olurlarsa, bu cür problemləri necə arada qaldırırlarsa, bunlar da yollarını tapsınlar. Problemi həll etsinlər”.

"İndi bu sahənin mütəxəssisləri var. Bu sahəyə cavabdeh olan rəsmi dövlət qurumları var. Onlar məşğul olub, cavab verməlidirlər ki, hansı addımlar atılmalıdır ki, bu tıxac problemi aradan qaldırılsın”, - deyə deputat əlavə edib.

BAKU.WS