SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qumar oyunları qadağandır.

Bəs virtual qumar oynamağın cəriməsi varmı?

BAKU.WS-in məlumatına görə, bu barədə vəkil Tural Hüseynov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu suala cavab vermək üçün ilk növbədə “qumar oyunu” ifadəsinin mənasını müəyyənləşdirmək lazımdır:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə qeyd olunur ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.

Həmin Məcəllənin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məlum olduğu kimi qumarı həm virtual mühit vasitəsilə həm də əyani sürətdə oynamaq mümkündür.

Əslində İnzibati Xətalar Məcəlləsinin (İMX) 525-ci maddəsinin dispozisiyası elə təsir bağışlayır ki, sanki daha çox əyani sürətdə qumar oynayan şəxslərin inzibati məsuliyyətini müəyyən edir. Amma hər bir halda Məcəllədə virtual qumar oynamağa görə əlavə norma olmadığından virtual qumar oynayan şəxslər də İXM-nin 525-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər”.

“Onu da qeyd edim ki, sözügedən əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb”, - deyə o qeyd edib.

BAKU.WS