VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub.

Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bu il şəhid ailəsi və müharibə əlillərinə artıq 850 mənzil təqdim olunub.

Mənzillərin sənədlərini nazir müavini Hidayət Abdullayev və xalq artisti Mənsum İbrahimov təqdim ediblər.

Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib.

İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir.

Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

BAKU.WS
QALEREYA