SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Sənan Şəfizadə sosial şəbəkə paylaşım ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, idman jurnalisti feysbuk səhifəsində status yazaraq "Qarabağ"- "Viktoriya" matçının bilet satışı zamanı "iTicket.az" saytının çökməsi məsələsinə toxunub. Aparıcı qəzəblənərək, yaşanan neqativliyi tənqid atşinə tutub:

"Bilet satışı ilə məşğul olan şirkətin saytının 100 min girişə dözə bilməməsini başa düşmək çətindir. Beş ildə bir dəfə Azərbaycan klubu pley-off oynayır, onda da normal satış təşkil etməyi bacarmırıq. Yəni Çempionlar Liqasına marağın hansı səviyyədə olacağını təxmin etmək mümkün deyildi? Görünür nüfuzlu yarışlara bilet satışını xarici şirkətlərə vermək lazımdır. Özümüz təşkil edə bilmirik. Bu qədər bəsit".

Daha sonra bilet satışı normal qayda ilə həyata keçirilib.

Şəfizadə feysbuk hesabında buna da münasibət bildirərək "Sayt düzəldi. Və bütün biletlərin satıldığını göstərdilər. 5 dəqiqə sonra 4 sektorun hərəsində 54 biletin satışda olduğu göründü. Ardınca bütün yerlər hətta VİP-in satıldığını izlədik. Əziz İticket.az, nə verir baş?" sözlərini yazıb. 

Texnobloqer Fərid Pərdəşünas də yaşanan vəziyyətə reaksiyasız qalmayıb. O, sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Mən razıyam sayt çöksün, 3 saat növbədə qalım, gözləyim. Amma hesabımdan pulu silmək və bilet verməməyin heç bir açıqlaması yoxdur".

Xatırladaq ki, ötən gün "Qarabağ"- "Viktoriya" matçına bilet almaq istəyən azarkeşlər çətinliklə qarşılaşıblar. Belə ki, biletilərin onlayn satışını həyata keçirən "iTicket.az" saytı çöküb.

BAKU.WS