SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabah bəzi rayonlarda qaz problemi olacaq.
 
BAKU.WS-in məlumatına görə, avqustun 19-da saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qobu”, "Müşviqabad”, "Aşağı Güzdək” və "Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Təmir müddətində Abşeron rayonunun Qobu, Müşviqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Şahin Həbibov
BAKU.WS